“Ümumi yerşünaslıq” adlı dərs vəsaiti çapdan çıxıb

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Ümumi yerşünaslıq” adlı yeni nəşri (rus dilində)  çapdan çıxıb.

 

İnstitutun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin müəllifi olduğu  kitabın baş elmi redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Ramiz Məmmədovdur.

 

Çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaiti  426 səhifədən, 6 hissədən və 20 fəsildən ibarətdir.  Dərslikdə  ümumi yerşünaslığın obyekti və vəzifələri nəzərdən keçirilir. Yer kürəsinin quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə -  geosferin xüsusiyyətləri haqqında məlumat verilir. Burada Günəş sisteminin yaraması, litosfer, yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, qurunun suları, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında geniş məlumat almaq mümkündür.

        

Dərs vəsaiti  ali məktəblərin coğrafiya fakültəsində  təhsil alan tələbə və doktorantlar, müəllimlər, eləcə də   geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



01.10.2018 | 13:34