Aşqarlar Kimyası İnstitutunda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. 

 

Anım  tədbirini giriş sözü ilə açan institutun Həmkarlar Təşkilatının sədri Elxan İsakov bildirib ki, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 105 il ötür:” Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirildi. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım siyasəti nəticəsində minlərlə insan elindən-obasından didərgin düşdu. Soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Erməni daşnakları Şamaxı qəzasının 53 kəndində, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdi”.

 

Anım tədbirində institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova 1918-ci ilin mart soyqırımı ilə bağlı təqdimatla çıxış edib. Bildirilib ki, bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri kimi tanınır.

 

Sonda G.İsmayılovanın  hazırladığı videoçarx nümayiş olunub.

 

 



31.03.2023 | 14:55