“Uşaqlar bizim gələcəyimizdir” | |
“Heydər Əliyev İli” çərçivəsində Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
Tədbirdə Çuxur Qəbələ və Böyük Əmili kənd tam orta məktəblərin şagirdləri, Qəbələ rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri bir-birindən maraqlı çıxışlar ediblər. Onlar Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə, Vətənə, xalqa, torpağa həsr olunan şeirlər səsləndiriblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, uşaqlar ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir və onları fiziki, eləcə də mənəvi cəhətdən sağlam, cəmiyyət üçün faydalı vətəndaş kimi böyütmək hər kəsin borcudur.
Sonda Ulu Öndərin uşaqlara sevgisindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sifai SƏFƏROVA
|
|
28.03.2023 | 14:11 | |
|
|
|