“Ulu Öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər” | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Quba filialının professor-müəllim heyəti, tələbələri, Quba regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Quba regional “ASAN xidmət” mərkəzinin könüllülərlə iş üzrə məsul şəxsi Ülvi Məmmədov elmi-praktik konfransın əhəmiyyətini vurğulayıb və konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Quba filialının direktoru dosent Yusif Alıyev tədbir iştirakçılarını salamlayaraq, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də gördüyü mühüm işlərin bu gün uğurla davam etdirilməsindən danışıb.
Quba filialının tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova “Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu”, həmin kafedranın müəllimi Aygün Şıxbabayeva “Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər”, riyaziyyat və təbiət elmləri fakültəsinin əməkdaşı Nəhayət Şirinova “Heydər Əliyev Azərbaycan qadınları haqqında”, Quba regional “ASAN xidmət” mərkəzinin “Hüquqşünaslıq” istiqaməti üzrə Master 2 könüllüsü Ayşə Səfərəliyeva “Müasir Azərbaycanda multikultural cəmiyyət", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov isə "Azərbaycanda multikulturalizm və dini müxtəliflik" mövzularında məruzə ilə çıxış ediblər.
|
|
28.03.2023 | 12:13 | |
|
|
|