Hacı Zeynalabdin Tağıyevin milli miqyası | |
Martın 16-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti "Novruz mühazirəsi" keçirilib. Mühazirə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə təşkil edilib.
Mühazirəçi çıxışında maarifpərvər və ictimai xadim H.Z.Tağıyevə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Bakı şəhərində H.Z.Tağıyevin abidəsinin ucaldılması ona göstərilən diqqət və hörmətin bariz nümunəsidir. H.Z.Tağıyevin xeyriyyəçilik ənənələrinin əsasını qoyduğunu deyən Fərhad Cabbarov onun bu fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşmadığını da bildirib. Mühazirəçi görkəmli mesenat H.Z.Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılan qızlar məktəbinin milli təhsil tariximizdəki rolundan da söz açıb. Fərhad Cabbarov Tağıyevin Azərbaycan təhsilinə, maarifə böyük qiymət verdiyini, bu sahənin inkişafı naminə xidmətlərini iştirakçıların diqqətinə çatdırıb.
Çıxış edən digər qonaqlar H.Z.Tağıyevin gələcək nəsillərə miras qoyduğu mənəvi irsindən, elm və təhsilə verdiyi dəyər və dəstəkdən söz açıb, belə bir tədbirin keçirilməsinin Tağıyev irsinin öyrənilməsi və təbliği baxımından önəmini vurğulayıb, həmçinin məktəbə kitab hədiyyə ediblər.
Tədbir çərçivəsində məktəbin həyətində “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyası ilə bağlı ağaclar əkilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ildən “Novruz mühazirələri” təşkil edilir.
|
|
17.03.2023 | 11:19 | |
|
|
|