“Onu zaman seçmişdir” adlı intellektual bilik yarışması | |
Ümummilli Lider Heydər Əliyevin 100 illik yübileyi çərçivəsində ölkəmizin təhsil ocaqlarında keçirilən silsilə tədbirlərdə uşaq və yeniyetmələr, gənclər xüsusi istedad və bacarıqlarını nümayiş etdirirlər. Cənub bölgəsi sayılan Masallı rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri ilə Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin dərnək üzvlərinin rayonun “Asan xidmət” mərkəzində birgə təşkil etdikləri tədbirdə bu fikirlər bir daha öz təsdiqini tapıb. “Onu zaman seçmişdir” adlı Breyn Rinq intellektual bilik yarışmasında yeniyetmələr, gənclər öz biliklərini sınayıb, istedadlarını nümayiş etdiriblər.
Altı komandanın iştirakı ilə baş tutan bilik yarışması gərgin mübarizə şəraitində keçib. Sonda Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbin “Zəfər” komandası I yeri, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin “Forte” komandası II yeri, “Piano” komandası isə III yeri qazanıb.
Sifai SƏFƏROVA
|
|
16.03.2023 | 18:21 | |
|
|
|