“Karyerada ilk addım”

Sentyabrın 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin  təşkilatçılığı ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib.

        

Məzunların məşğulluq məsələsinə daim diqqətda saxlayan Sumqayıt Dövlət Universiteti bu yarmarka ilə ümumilikdə gənclərin işlə təmin edilməsi istiqamətində daha bir addım at;b. Əmək yarmarkasında 3-ü dövlət, 12-si qeyri-dövlət olmaqla Sumqayıt şəhərində fəaliyyət göstərən 15 işəgötürən tərəfindən 154 ştat vahidi boş iş yeri (vakan vəzifələri) təqdim olunub, Sumqayıtın iri müəssisələri olan Sumqayıt Texnologiyalar Parkı, “Azərikimya”İB Sumqayıt Qaz İstismar sahəsi, “SOCAR”-ın karbamid zavodu, Gilan -Tekstil  Park, “Qartal Tikinti firması”MMC, “STDC” MMC, “El-Plastik” MMC və digər iri şirkətlər də yarmarkada iştirak ediblər.

 

SDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov belə əmək yarmarlarının iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi , habelə gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması  baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, məzunların işlə təmin olunması məsələsi Sumqayıt Dövlət Universitetinin prioritet istiqamətlərindən biridir..

 

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov universitetin rektoru, professor  Elxan Hüseynova  əmək yarmarkasının keçirilməsinə şərait yaratdığına görə təşəkkürünü bildirib. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd iş adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına, eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə vakant iş yerləri haqqında məlumat almalarına köməklik göstərməkdir.

 

Məzunlar və sonuncu kurs tələbələri layihə və mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar, layihədə iştirak etmək istəyən gənclərin CV-ləri qəbul edilib.Yüzlərlə gənc şirkətlərə iş üçün müraciət edib, onların bir çoxu müsahibələrə dəvət olunub.

 

İştirakçılar belə bir tədbirin təşkilinə görə təşkilatçılara  təşəkkürlərini bildiriblər.

 



29.09.2018 | 12:34