Ağacəkmə aksiyasında 250-dən artıq müxtəlif növ ağaclar əkilib

Bakı Mühəndislik Universitetində (BMU) müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

 

Aksiyada BMU-nun rektoru professor Havar Məmmədov, ali təhsil ocağının əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Yaşıllıqların artırılması, ətraf mühitin sağlamlaşdırılmasına dəstək, eyni zamanda ekoloji mədəniyyətin təbliği məqsədi daşıyan aksiyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub, görkəmli dövlət xadiminin bütün siyasi fəaliyyəti ərzində təbiətin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirdiyi vurğulanıb. Bildirilib ki, Ulu Öndər tərəfindən əsası qoyulan ekoloji siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ekoloji təhlükəsizliyin təmin olunması, həmçinin yeni-yeni yaşıllıqların və parkların salınması istiqamətində davamlı tədbirlər gerçəkləşdirilir.

 

Ağacəkmə kampaniyasında universitet ərazisində Abşeron yarımadasının təbiəti və iqliminə uyğun olaraq 250-dən artıq müxtəlif növ ağaclar əkilib.

 



15.03.2023 | 18:07