Bolqarıstanlı alimlər Şamaxı Astrofizika Rəsədxanasında | |
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının yaranma tarixindən, astrofizika sahəsində görkəmli Azərbaycan alimlərindən, son illərdə bu sahədə aparılan tədqiqatlardan, müəssisənin beynəlxalq əlaqələrindən, həmçinin müasir texnologiyaların tətbiqi ilə yeni elmi-tədqiqat işlərinin aparılmasından danışıb.
Sonra ŞAR-ın şöbə müdiri, dosent. Canməmməd Rüstəmov rəsədxananın 2 m-lik teleskopu vasitəsilə aparılan elmi-tədqiqatlar barəsində qonaqlara məlumat verib.
Daha sonra ŞAR-ın şöbə müdiri, dosent Ə.Ətayi Nəsirəddin Tusi və rəsədxanada yaradılan planetlər laboratoriyası, həmçinin görülən elmi işlər barəsində danışıb.
BEA-nın sədri rəsədxanada yaradılmış innovativ şəraiti, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirib, müvafiq istiqamətlərdə elmi əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.
Sonda bolqarıstanlı qonaqlar ŞAR-ın astronomiya muzeyi və 2 m-lik teleskopu ilə tanış olublar. Onlara 2 m-lik teleskopda quraşdırılan müasir cihazlar haqqında məlumat verilib.
|
|
30.09.2018 | 13:46 | |
|
|
|