Sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüşlər davam edir | |
Təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar Təhsil İnstitutu tərəfindən maarifləndirici görüşlər davam edir.
Növbəti görüş martın 7-də Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə keçirilib.
Görüşdə 300-dən çox müvafiq fənn müəllimi iştirak edib.
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib. |
|
10.03.2023 | 11:30 | |
|
|
|