Elm və təhsil naziri Əlcəzair səfiri ilə görüşüb | |
Martın 9-da elm və təhsil naziri Emin Əmrullayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman ilə görüşüb.
Görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən təsis olunan təhsil qrantı çərçivəsində 3 nəfər Əlcəzair vətəndaşına Azərbaycan Respublikasında təhsil almaq imkanı yaradıldığına görə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan ilə Əlcəzair arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. |
|
09.03.2023 | 18:35 | |
|
|
|