UFAZ-da “Gələcəyin Kodu” Hakatonu

Azərbaycan-Fransız Universitetində (UFAZ) Azercell-in sponsorluğu ilə kompüter elmlərinə dair “Gələcəyin Kodu” Hakatonu keçirilir.

 

Universitetdən bildirilib ki, martın 4-də başlayan tədbir iki gün davam edəcək və martın 14-də biznes təqdimatları ilə yekunlaşacaq.

 

Müsabiqə gənc və yenilikçi zehinləri bir araya gətirmək üçün nəzərdə tutulub.

 

Yarışda iştirak etmək üçün Azərbaycan və Türkiyənin müxtəlif universitetlərindən, ümumilikdə 120 komanda müraciət edib. Ciddi seçim prosesindən sonra gender balansı, universitetdə oxuduğu il, ixtisas və çevik bilik əsasında cəmi 30 komanda seçilib.

 

İştirakçılar qarşıdakı günlərdə davamlı işləyəcək,  təqdim olunan problemlərin həlli yollarını inkişaf etdirəcək. Tədbirin sonunda münsiflər heyəti bütün layihələri qiymətləndirəcək və ən yaxşılarını seçəcək. Komandalar martın 14-də işgüzar münsiflər heyəti qarşısında öz layihələrini təqdim edərək yekun mükafat uğrunda mübarizə aparacaqlar.

 



06.03.2023 | 11:05