“Təhsil Bələdçisi”

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şagirdlər üçün müxtəlif mövzularda maarifləndirici təhsil dəstəyi göstərilməsi məqsədilə həyata keçirilən “Təhsil Bələdçisi” layihəsi uğurla icra olunur.

 

RTİ-dən daxıl olan məlumata görə, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün təşkil olunan “DİM-in təşkil etdiyi buraxılış imtahan suallarının cavablandırılması qaydaları və imtahanda vaxtın idarə olunması texnikası” mövzusunda olan seminarlar ümumillikdə 70-dək ümumtəhsil məktəbində həyata keçirilib.

 

Bildirilib  ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçiriləcəyi tarixədək GDRTİ-nin tabeliyində olan bütün ümumi və tam orta təhsil müəssisələrinin IX sinif şagirdləri üçün seminar görüşlər keçiriləcək.

 

Şakir CƏFƏROV

 



05.03.2023 | 10:32