“Azərbaycan dilinin himayədarı Heydər Əliyev”

“Azərbaycan dilinin himayədarı Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

 

Şəki-Zaqatala RTİ-dən aldığımız məlumata görə, öncə Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açıq elan edərək Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu qeyd edib.

 

Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Məcidova çıxış edərək dilimizin tarixi irsimiz olduğunu vurğulayıb.

 

Rayon təhsil sektorunun metodisti Günel Abdullayeva çıxış edərək ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmalı, onu yad ünsürlərdən qorumalıdır.

 

Çıxışlarda Azərbaycan dilinin dövlət dili elan edilməsində Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri olduğu vurğulanıb, onun Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki fəaliyyətləri barədə məlumat verilib.

 

Sonda  şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında Azərbaycan dilinə aid şeirlər səsləndirilib, videoçarx nümayiş etdirilib.

 

Şakir CƏFƏROV

 



03.03.2023 | 17:10