Ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkilinə dair müzakirələr aparılıb

Bakı Dövlət Universitetinin (BDU) informasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkili” mövzusunda elmi seminar keçirilib.

 

Seminarda BDU-nun kitabxanaşünaslıq kafedrasının müəllimi Sevda Məmmədova mövzu ilə bağlı məruzə edib. Məruzədə qlobal informasiya mühitinin yaratdığı şəraitdə ali məktəb kitabxanalarının müasir modelinin tələblərindən bəhs olunub. Vurğulanıb ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasının günü-gündən artdığı çağdaş dövrdə ali məktəb kitabxanalarında oxuculara elektron informasiya xidmətlərinin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Araşdırmada müasir dövrdə ali məktəb kitabxanalarının elektron sənəd-informasiya təminatı və bütövlükdə informasiya massivinin prioritet istiqamətləri təhlilə cəlb edilib. Məruzədə, həmçinin modern ali məktəb kitabxanalarının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar da diqqətə çatdırılıb.

 

Elmi seminar müzakirələrlə davam edib.

 

 



04.03.2023 | 12:26