UFAZ-da Master Texnologiya Transfer Proqramına start verilib | |
“Technip Energies” şirkəti Heydər Əliyev Fondu ilə birgə Azərbaycan-Fransız Universitetində (UFAZ) Master Texnologiya Transfer Proqramına başlayıb. Bu il proqramda iştirak etmək üçün 3 aparıcı mühəndislik universitetindən (UFAZ, ADNSU, BANM) 60 ən yaxşı sonuncu kurs tələbəsi, o cümlədən 17 UFAZ tələbəsi seçilib.
UFAZ-dan bildirilib ki, proqramın müddəti 7 həftədir. Kurs davamlı yanacaqlar, kimyəvi maddələr və dairəvilik, qaz və aşağı karbon enerjiləri, rəqəmsal transformasiya və s. kimi mövzuları əhatə edəcək. Dərslər hibrid formada keçiriləcək. “Technip Energies”dən 15-ə yaxın, əsasən də xarici mütəxəssislər kurs boyu tələbələrə təlimat verəcəklər.
|
|
02.03.2023 | 12:10 | |
|
|
|