Antonio Quterreş: Dünyada aclıq və səfalət durmadan artır | |
Dünyada aclıq və səfalət durmadan artır. Son 10 il ərzində dünya nəinki irəliyə doğru hərəkət etməyib, əksinə, geriyə gedib.
Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Cenevrədə İnsan Hüquqları üzrə Şuranın 52-ci sessiyasının açılışında çıxışı zamanı deyib. Baş katib bildirib ki, 2023-cü ilə dünyada 339 milyon insan humanitar yardıma ehtiyac duyacaq ki, bu da 2022-ci illə müqayisədə 52 faiz çoxdur.
“Dünyanın bir sıra regionlarında baş verən hərbi münaqişələr dövlətlərin infrastrukturunun dağılmasına səbəb olub. Ərzaq məhsullarının istehsalı azalıb, qiymətləri isə artıb. Hərbi münaqişələr humanitar yardımın ehtiyacı olanlara çatdırılmasına böyük maneə yaradıb. Bütün bunlar dünyada aclıq və səfalətin getdikcə artmasına gətirib çıxarıb”, - deyə A.Quterreş vurğulayıb.
Azərtac
|
|
27.02.2023 | 17:01 | |
|
|
|