Beynəlxalq Dəniz Günü ilə bağlı seminar keçirilib | |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Beynəlxalq Dəniz Günü ilə bağlı paytaxtın 225 nömrəli tam orta məktəbində seminar keçiriblər.
“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi” mövzusunda keçirilən tədbirdə şagirdlərə Xəzər dənizinin çirklənmədən qorunması, onun ekoloji vəziyyətinin yaxşılaşdırılması, bioloji ehtiyatlarının mühafizəsi barədə maarifləndirici məlumatlardan söz açılıb .
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.
Sifai SƏFƏROVA |
|
27.09.2018 | 18:37 | |
|
|
|