1286 tələbə istehsalat və pedaqoji təcrübəyə göndərilib | |
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin istehsalat və pedaqoji təcrübəsinə start verilib.
Universitetdən bildirilib ki, ümumilikdə 1286 tələbə (İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 410, memarlıq və inşaat fakültəsi üzrə 257, mühəndislik fakültəsi üzrə 387, pedaqoji fakültə üzrə 232 tələbə) istehsalat və pedaqoji təcrübəyə göndərilib.
Tələbələr istehsalat təcrübəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, SOCAR-ın müəssisələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Aqrar Sığorta Fondu, “Azərenerji” ASC-nin müəssisələri, “Azərişıq” ASC-nin müəsissələri, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC, Abşeron Logistika Mərkəzi, Sumqayıt Texnologiyalar Parkı, “Azertexnolayn” MMC, “Veysəloğlu” Şirkətlər Qrupu, “Azərsun” Holdinqin müəssisələri, “Azərsu” ASC-nin müəssisələri, Bank of Baku, Kapital Bank, Asan Xidmət, “Aztelekom” MMC və s. dövlət və özəl müəssisələrdə keçirlər.
Pedaqoji təcrübə isə Azərbaycan Britaniya Kolleci, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Landau məktəbi, Zirvə liseyi, CELT Kolleci, İdrak liseyi, İstanbul liseyi və Hədəf liseyində təşkil olunub. Təcrübələrin 24 may tarixində başa çatması nəzərdə tutulur.
Bundan əlavə, müxtəlif ixtisaslar üzrə 2-ci kurs magistrantların elmi-tədqiqat təcrübəsi (20 fevral-17 mart) və elmi-pedaqoji təcrübələri (27 mart-21 aprel) təşkil olunur. Təcrübə proqramında, ümumilikdə 81 magistrantın iştirakı planlaşdırılır.
|
|
24.02.2023 | 13:05 | |
|
|
|