UNEC tələbəsi imtahanda birinci oldu | |
Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirdiyi qəbul imtahanında bir nəfər maksimal nəticə göstərib.
DİM-dən bildirilib ki, 100 bal toplamaqla uğura imza atan həmin bakalavr Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Nihad Zeynallıdır. N.Zeynallı 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında da yüksək bal toplayıb. O, 648.7 balla UNEC-in (Beynəlxalq İqtisadiyyat Məktəbi -ISE ) Mühasibat uçotu və audit ixtisasına qəbul olunub.
|
|
22.02.2023 | 11:04 | |
|
|
|