Şamaxı Astrofizika Rəsədxanası: “Kosmik havanın aktivləşəcəyi gözlənilir”

Şamaxı Astrofizika Rəsədxanası son kosmik hava durumu və proqnozunu açıqlayıb. Bildirilib ki, son 24 saat ərzində Günəş fəallığı zəif olub. Hesabat dövründə maksimum fəallıq 19 fevral saat 12:17-də 3226 oblastında baş vermiş C 6.8 sinifli alışma olub. Günəşin səthində 7 aktiv ləkə qrupu müşahidə edilir, aktiv ləkələrin sayı isə 112-dir. Alışmalara bağlı olan CME-lər (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeyd olunsa da, Yerə doğru yönəlməsi gözlənilmir. Hal-hazırda Günəşin səthində tac dəlikləri müşahidə edilir.

 

Enerjisi 2 MeV-dən yuxarı olan elektronların seli normal və aşağı səviyyədə olub, enerjisi 10 MeV-dən yuxarı protonların axını isə fon səviyyəsində qalıb. 

 

Günəş küləyinin sürəti bir qədər artaraq Yerin orbitində 407.2 km/san olub. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 5.33nT, radial istiqamətdə isə -1.2 nT olub. 

 

Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb.  Hal-hazırda isə Geomaqnit sahə sakitdir (1Kp). 

Kosmik hava proqnozuna gəldikdə isə bildirilib ki, proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 50%, X sinif isə 15% təşkil edir. 

 

2 MeV-dən çox enerjili elektron selinin normal və aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən yuxarı olan proton selinin isə 3229 oblastındakı aktivliklə bağlı olaraq artaraq S1 (15%) səviyyəsinə qalxacağı proqnozlaşdırılır.

 

Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk etmiş CME səbəbilə 20 fevralda Geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. 21 fevralda bir qədər sakitləşmiş Geomaqnit sahəsinin 22 fevralda müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.

 

Radiosiqnaların ötürülməsində də  R1-R2 səviyyəli kəsilmə olması ehtimalı 50%, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 15% təşkil edir.

 

 



20.02.2023 | 16:13