“Sabahın alimləri” XII respublika müsabiqəsində 20 paytaxt məktəblisi qalib olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrinin 20 şagirdi “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibi olub.

 

Belə ki, 17 nömrəli tam orta məktəbin şagirdi Nurlana Əlili I yeri tutaraq qızıl medala layiq görülüb. Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdləri Sevil Mirzəli və Camaləddin Kərimov, 100 nömrəli tam orta məktəbin şagirdi Əli Məmmədov, 193 nömrəli tam orta məktəbin şagirdi Əli Abdullayev, 247 nömrəli tam orta məktəbin şagirdi Həvva Qəmbərova  II yeri tutaraq gümüş, 299 nömrəli məktəb-liseyin şagirdləri Çingiz Abdullazadə və Ağasəlim Mustafazadə, 283 nömrəli tam orta məktəbin şagirdləri Ayla Qasımova və Duyğu Xudadatova, 13 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Bayramlı, 55 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Babayeva, 60 nömrəli tam orta məktəbin şagirdləri Nərgiz Məmmədova, Fatimə Rəsulova, Ayla Qibləliyeva və Sara Məlik-Aslanova, 36 nömrəli tam orta məktəbin şagirdi Əminə Əsədova, 201 nömrəli tam orta məktəbin şagirdi Uğur Əliyev, 27 nömrəli tam orta məktəbin şagirdi Rza Qasımov və 218 nömrəli tam orta məktəbin şagirdi Emin Həziyev isə III yeri tutaraq bürünc medal qazanıblar.

 

Qeyd edək ki, “Sabahın alimləri” XII respublika müsabiqəsində ölkə üzrə 486 layihə qeydiyyatdan keçib. Onlardan 119-u BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanıb. 119 layihədən 30-u finalda iştirak hüququ qazanıb. Ümumilikdə ölkə üzrə qalib olan 48 layihədən 13-ü Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin layihələridir.

 

Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə baş tutub.

 

 



17.02.2023 | 12:54