Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi tələbələrə mühazirə deyib | |
Uzun illər Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi olmuş, hazırda isə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru, professor Lətif Hüseynovun hüquq fakültəsinin tələbələri ilə görüşü keçirilib.
Fakültənin dekanı Zaur Əliyev professor Lətif Hüseynovun elmi-pedaqoji fəaliyyəti haqqında tələbələrə məlumat verib. Tanınmış hüquqşünas alimin tələbələrlə görüşünün onların biliklərinin zənginləşdirilməsi üçün atılan mühüm addım olduğunu diqqətə çatdırıb.
Daha sonra professor L.Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası” mövzusunda tələbələrə mühazirə söyləyib.
İki saatdan artıq davam edən mühazirədən sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb. Professor L.Hüseynov bu kimi görüşlərin davamlı olacağını bildirib.
|
|
17.02.2023 | 11:20 | |
|
|
|