“Dünyanın Ağıllı Şəhərləri” | |
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında elmi seminar keçirilib. Seminarda qardaş Türkiyədə baş verən zəlzələdə həlak olanların ailələrinə başsağlığı verilib, yaralıların tezliklə sağalması arzulanıb.
“Dünyanın Ağıllı Şəhərləri” mövzusunda keçirilən seminarda kafedranın müdiri professor Nurməmməd Məmmədov məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, inşaat sahəsində mütəxəssis hazırlayan aparıcı ali məktəb əməkdaşları kimi bu məsələdə kənarda qalmamalıyıq və bütün problemlərin həlli yollarını axtarmalıyıq. Alim qeyd edib ki, daha çox diqqət binaların konstruksiya və zəmininə yönəlsə də, kommunikasiya və elektrik təchizatı sistemlərində olan nöqsanlar da zəlzələnin nəticələrinin ağırlaşmasına zəmin yaradan faktorlardandır.
Professor N.Məmmədov müasir binaların dünya standartları səviyyəsində, enerji səmərəli və distant idarəolunan şəkildə tikilməsi üçün lazım olan parametrlər, onların yaradılması üsulları, “Ağıllı Şəhər” sertifikatı almış şəhərlər haqqında geniş məlumat verib.
Elmi seminarın sonunda “Ağıllı Şəhər” layihələri ilə bağlı məsələlər ətraflı müzakirə edilib, məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.
|
|
15.02.2023 | 18:08 | |
|
|
|