II Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadasının I mərhələsi fevralın 18-də  keçiriləcək.

 

II Bakı Elm Olimpiadasının I mərhələsi 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

 

Olimpiadanın I mərhələsində iştirak etmək üçün 850 şagird  elektron qeydiyyatdan keçib. Şagirdlər komanda şəklində biliklərini sınayacaqlar.

 

VIII və IX sinif şagirdləri arasında keçiriləcək olimpiadanın I mərhələsində iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetirəcəklər.

 

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanacaq.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

 

 



15.02.2023 | 11:15