Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib | |
Paytaxtdakı 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ali məktəblərlə birgə həyata keçirilən Startap Proqramının rəhbəri seçilib.
Bununla əlaqədar BŞTİ müdiri Mehriban Vəliyeva 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyevlə görüşüb. İdarə müdiri startapçı məktəblilərin layihələri ilə bağlı görülən işlərə diqqət çəkərək bildirib ki, BŞTİ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında startap layihələrlə bağlı görüşlər keçirilib. Görüşlərdə Bakı şəhərində yeləşən ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə ali məktəblərlə birgə həyata keçiriləcək işlərdən danışılıb. İdarə müdiri həmçinin, startap proqramı ilə əlaqədar digər universitetlərlə də əlaqələrin qurulmasının nəzərdə tutulduğunu qeyd edib. M.Vəliyeva startap proqramı üzrə elektron qeydiyyat sisteminin yaradılmasının və seçim meyarlarının formalaşdırılmasının da nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyev Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanması ilə məşhurdur. H.Quliyev aerokosmik startap layihəsi olan “AzAstro Texnologiyaları”nı təsis edib. İstedad və bacarığı ilə həmyaşıdlarından fərqlənən H.Quliyev 62 nömrəli məktəb-liseyin “Kiçik Akademiyası”nın prezidenti, həmçinin “AzAstro” startapının həmtəsisçisi və əməliyyatlar direktorudur.
|
|
08.02.2023 | 14:11 | |
|
|
|