Paytaxt məktəblilərindən şəhidlərə aid tədqiqat layihəsi | |
Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfəri yaşadanlar” layihəsi həyata keçirilir.
Məktəbin “Kiçik Akademiya”sı tərəfindən reallaşdırılan layihənin əsas məqsədi Zəfər tariximizi və Vətən Müharibəsi şəhidlərinin qəhrəmanlıq salnaməsini araşdırmaq, onu gələcək nəsillərə ötürmək, yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaqları aşkara çıxarmaq və şagirdlərdə tədqiqatçılıq qabiliyyətini formalaşdırmaqdan ibarətdir.
Məktəbin müəllim, şagird və valideyn kollektivinin birgə ərsəyə gətirdiyi bu layihə çərçivəsində ilk olaraq Vətən Müharibəsi şəhidlərinin siyahısı müəyyənləşdirilib. Məktəbdə təhsil alan hər şagirdə 1 şəhid haqqında məlumat toplamaq, araşdırma aparmaq, onlara aid sənəd və fotoşəkilləri əldə etmək tapşırılıb.
Daha sonra şəhidlər haqqında məlumatlar və onların fotoları əlifba sırası ilə ardıcıl şəkildə qovluqlara toplanıb. Sonda 44 günlük Vətən Müharibəsini simvolizə edən 44 rəqəmi formasında rəf eskizi yaradılıb. Yaradılmış bütün qovluqlar həmin rəflərə yerləşdirilərək, məktəbin Zəfər muzeyində nümayiş olunur.
|
|
07.02.2023 | 14:25 | |
|
|
|