Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin  qış  imtahan sessiyası başa çatıb.

 

MDU-dan bildirilib ki, imtahan sessiyasında bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbənin ümumilikdə 934 imtahanda iştirakı nəzərdə tutulmuşdu. Müvəffəqiyyət göstəricisi 95,4%, keyfiyyət göstəricisi isə 40,6% olub. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.

 

Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 133 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 99,0%, keyfiyyət göstəricisi isə 81,5% olub.

 

Növbəti semestr başlayanadək mövcud qanunvericiliyin tələbləri gözlənilməklə akademik borcu qalan tələbələrə təkrar imtahan vermək üçün şərait yaradılıb.

 

Sessiya ərzində “İmtahan Qərargahı”nın, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində yaxından iştirak edib. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin olunub. “Açıq qapı” günlərində universitetin rektoru tələbələri və valideynləri maraqlandıran sualları cavablandırıb.

 



07.02.2023 | 13:10