"Yeniyetmənin imtahan həyacanı” | |
Dövlət İmtahan Mərkəzinin (DİM) e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən "Yeniyetmənin imtahan həyacanı" mövzusunda vebinar keçirilməsi nəzərdə tutulub.
DİM-dən bildirilib ki, vebinarda yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri, nəsillərarası fərq, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, imtahan öncəsi və sonrası valideyn tərəfindən düzgün dəstək formaları haqqında danışılacaq.
Görüş valideynlər üçün nəzərdə tutulub.
Vebinar 9 fevral saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.
Vebinara qeydiyyat üçün keçid:
|
|
06.02.2023 | 10:06 | |
|
|
|