Nazirliyin mətbu orqanları ilə görüş

Fevralın 3-də Elm və Təhsil Nazirliyinin mətbu orqanlarının əməkdaşları ilə görüş keçirilib.


Görüşdə mətbu orqanların baş redaktorları 2022-ci ilə dair hesabatla çıxış edib, görülmüş işlər barədə ətraflı məlumat veriblər.
 

Görüş çərçivəsində qəzet və jurnallar arasında qarşılıqlı əməkdaşlığın qurulması, oxucu konfranslarının keçirilməsi, məqalələrin təhlili və keyfiyyətinin artırılması, elektron arxivin yaradılması, yeni müəlliflərin cəlbi, universitetlərdə “Akademik yazı bacarıqları” və “Elmi tədqiqat metodları” mövzularında seminarların keçirilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb.
 

Müzakirələr zamanı səsləndirilən rəy və təkliflərin cari fəaliyyətdə nəzərə alınması diqqətə çatdırılıb.
 

Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib.

 



03.02.2023 | 16:56