ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan tələbələrlə görüşüb

Azərbaycan Dövlət  Aqrar  Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov ADAU-nun Aqronomluq fakültəsinin bаkаlаvr pilləsinin 1-ci kurs tələbələri ilə görüşüb.

 

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə, görüşdə, prorektorlar, fakültə dekanı, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib.

 

Aqponomluq fakültəsinin qəbul göstəricilərini yüksək qiymətləndirən rektor   bildirib ki, universitet onu seçən gənclərin ümidini, arzularını doğrultmalıdır və biz çalışacağıq sizi Azərbaycana, onun dövlətinə, xalqına layiqli vətəndaşlar kimi formalaşdıraq, aqrar sahənin kadr bazasını əldə etdiyiniz biliklə gücləndirək. “Sevindirici və qürurverici haldır ki, bir vaxtlar 3-5 nəfərin qəbul olduğu fakültəyə bu il 338 tələbə daxil olub. Deməli, aqronom problemi yaxın bir neçə ildə həllini tapacaq”. Rektor onu da əlavə edib ki, universitetdə son 5 ildə çox böyük işlər görülüb. Savadlı kadr hazırlamaq üşün tam şərait yaradılıb.

 

Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, kafedra müdiri Aygün Həsənova bildiriblər ki, bu gün əldə edilən uğurlar gərgin zəhmətin, yüksək intellektin hesabına qazanılıb.

 

Görüşdə universitetin professor-müəllim heyəti ilə tələbələr  arasında davamlı xoş münasibətlərin qurulduğu xüsusi vurğulanıb, tələbələr üçün yaradılan şəraitdən danışılıb,  keçirilən tədbirlərdən, layihələrdən, dil biliklərinin olmasının vacibliyindən  bəhs edilib.

        

Çıxış edən tələbələr yaradılan şəraitdən yüksək səviyyədə bəhrələnəcəklərini söyləyiblər.



26.09.2018 | 09:53