Təhsil naziri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Sentyabrın 25-də təhsil naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı ilə görüşüb.

 

Görüşdə Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.



25.09.2018 | 19:10