Azərbaycanlı tələbə NASA-nın saytında kibertəhlükənin qarşısını aldı | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İnformasiya təhlükəsizliyi” ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov National Aeronautics and Space Administration saytında xəta olduğunu aşkarlayaraq, NASA-ya bu barədə rəsmi məlumat verib.
Sözügedən qurum UNEC tələbəsinin bildirişindən sonra xətanı aradan qaldırıb. Tələbənin tapdığı boşluqda saytın error mesajından sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu. Boşluq daxilindəki məlumatları əldə edən məkrli şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaraq, haker hücumları törədə bilərdilər.
Bu barədə UNEC-dən bildirilib.
|
|
31.01.2023 | 14:35 | |
|
|
|