Daha bir idmançımız cüdo çempionatında fərqlənib | |
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız-Təhsil Nazirliyi 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin yetirməsi Hidayət Heydərov tatami üzərinə çıxıb. O, 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.
Təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. H.Heydərov son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb və bürünc medal əldə edib. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan idmançı, Avropa çempionu tituluna malikdir.
Rəşad ZİYADOV |
|
25.09.2018 | 19:04 | |
|
|
|