Amerikalı mütəxəssisdən rezidentlər üçün təlim | |
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti təlim keçirilib.
ATU-dan bildirilib ki, ABŞ-ın Wisconsin–Madison universitetinin mütəxəssisi, tibb elmləri doktoru Abdullah Keleş neyrocərrahiyyə üzrə təhsil alan rezidentlər qarşısında çıxış edib.
O, əvvəlcə özü və Wisconsin–Madison universitetindəki fəaliyyəti haqqında məlumat verib. 2019-cu ildən etibarən bu universitetin Beyin cərrahiyyəsi laboratoriyasına rəhbərlik etdiyini bildirən alim tibbi müəssisədə önəmli klinik və tədris araşdırmalarının aparıldığını vurğulayıb.
Türkiyədə də oxşar kurslar keçdiyini deyən A.Keleş neyrocərrahiyyə, mikrocərrahiyyə, mikroamostamoz və digər mövzularla bağlı çıxış edib, öz təcrübəsini paylaşıb.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev bildirib ki, bu cür təlimlər rezidentlərin bilik və təcrübələrinin artırılmasında əhəmiyyətli rol oynayır.
Böyük maraqla qarşılanan təlimin sonunda amerikalı alim rezidentlərin suallarını cavablandırıb.
|
|
30.01.2023 | 10:30 | |
|
|
|