UNEC-də əməkhaqları artırılıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əməkdaşlarının sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə onların əməkhaqları 10% faiz, proqram rəhbərlərinin əməkhaqlarına edilən əlavələr isə 17 faiz artırılıb. Bu barədə Elmi Şuranın son iclasında qərar verilib. Bununla da UNEC-də orta aylıq əməkhaqqı 1296 manat, o cümlədən pedaqoji heyət üzrə 1485 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1115 manat təşkil edib.

 

 

 



30.01.2023 | 09:48