Universitetdə əməkhaqları artırıldı

Mingəçevir Dövlət Universiteti (MDU) əməkdaşlarının əməkhaqları artırılıb. Maaşların 2023-cü ilin 1 yanvar tarixindən etibarən orta hesabla 12% artırılmasına dair qərar Elmi Şuranın son iclasında verilib. Rektor Şahin Bayramov bildirib ki, ölkə başçısı tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin məzmununda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması prioritet məsələlərdəndir. Təhsil işçilərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs edən rektor universitetin mövcud maliyyə imkanları nəzərə alınmaqla təklif olunan mümkün əməkhaqqı artımlarını diqqətə çatdırıb. Təklif Elmi Şura üzvləri tərəfindən bəyənilib və  MDU əməkdaşlarının əməkhaqlarının artırılması barədə qərar qəbul olunub.

 



27.01.2023 | 15:05