| NASA Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirəcək | |
| ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə əməkdaşlıq edərək, 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır. 
 Bu barədə Amerika Aeronavtika və Astronavtika İnstitutunun təşkil etdiyi forumda NASA-nın administratoru Bill Nelson bildirib. 
 "Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir", - deyə Nelson əlavə edib. 
 Azərtac 
 
 | |
|   | 25.01.2023 | 12:19 | 
|  | |
|  | |