UNEC-də Xanım Tədqiqatçılar Şurası fəaliyyətə başlayıb | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xanım Tədqiqatçılar Şurası (XTŞ) yaradılıb. Şura ictimai, siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elm və təhsil layihələri üzrə ölkə daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir. Şuranın yaradılmasının məqsədi sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları, alimləri bir araya gətirərək, elmə akademik töhfələr verməkdir. UNEC nəzdində fəaliyyət göstərən XTŞ-nın rəhbəri Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevadır.
UNEC Xanım Tədqiqatçılar Şurasına üzv olmaq istəyənlər CV-lərini və tədqiqata maraqları barədə niyyət məktubunu wrc@unec.edu.az ünvanına göndərə bilərlər.
|
|
24.01.2023 | 10:13 | |
|
|
|