Mingəçevir Dövlət Universitetində 3341 tələbə ümumilikdə 298 imtahanda iştirak edib | |
Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan imtahan sessiyası davam edir.
MDU-dan bildirilib ki, 16-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbə ümumilikdə 298 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,6% olub. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 35 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.
Universitetdə payız semestrinin qış imtahan sessiyası cari ilin 1 fevral tarixinədək davam edəcək.
|
|
23.01.2023 | 17:59 | |
|
|
|