“Tələbələrin intellekt festivalı” | |
Bakı Ali Neft Məktəbinin (BANM) “UpTech” komandası Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, 3sual.az və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Tələbələrin intellekt festivalı” adlı yarışın qalibi olub.
BANM-ın kampusunda keçirilən final mərhələsində 10 universitetdən 20 komanda iştirak edib.
Bu komandalar arasından seçilərək 1-ci yeri qazanan BANM-ın “UpTech” komandasında “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Nəsir Əsədzadə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri- Yusif Hüseynzadə, Fazil Səfərov, “İnformasiya təhlükəsizliyi” ixtisasının 4-cü kurs tələbələri- Məzahir Məmmədov, Əsmər Şixəmirli, “Neft-qaz mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri- Əli Məmmədli, Asiman Həmzəyev və Hüseyn Abızadə təmsil olunub.
Ümumilikdə 8 həftə davam edən və 100-ə yaxın komandanın qatıldığı yarışın finalında BANM-ın “Max SSIOK” komandası da iştirak edib.
|
|
17.01.2023 | 15:16 | |
|
|
|