Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər | |
“Google” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış süni intellekt zəlzələdən sonra baş verə biləcək təkrar seysmik təkanları proqnozlaşdıra bilər.
www.naukatv.ru saytının məlumatına görə, güclü zəlzələdən sonra bir neçə həftə və ya ay ərzində zədələnmiş ərazidə tez-tez təkrar təkanlar qeydə alınır ki, bu da daha böyük dağıntılara səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Alimlər tərəfindən zəlzələdən sonrakı təkanların yerini proqnozlaşdırmaq üçün istifadə edilən metodların səmərəliliyi hələ ki, çox azdır.
“Google AI” şöbəsinin tədqiqatçıları bu problemi həll etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər. Alimlər zəlzələdən sonra təkanların baş verə biləcəyi yeri öncədən proqnozlaşdırmağa cəhd etmək üçün dərin maşın təlimi alqoritmlərinin köməyilə dünyada baş vermiş zəlzələlərin məlumat bazasını təhlil ediblər. Yeni sistem hələ ki, yüksək dəqiqliklə işləmir, lakin mövcud metodlarla müqayisədə təkrar zəlzələlərin yerini daha yaxşı proqnozlaşdıra bilir.
Yusif ƏLİYEV |
|
25.09.2018 | 13:37 | |
|
|
|