Mingəçevir Dövlət Universitetində valideynlər imtahan prosesini izləyiblər

Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup valideyn qış imtahan sessiyası çərçivəsində keçirilən imtahan prosesini müşahidə edib.

 

Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən valideynlərə imtahanların gedişi, bu günədək olan nəticələr, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumat verilib.

 

Aparılan müşahidələrdən sonra imtahanların obyektiv, ədalətli, şəffaf və mövcud qaydalara uyğun keçirilməsindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlayan imtahan sessiyası fevralın 1-dək davam edəcək. Cari imtahan sessiyasında baş tutacaq 1000-dən çox imtahanda 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. 

 



13.01.2023 | 14:25