Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü | |
Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər.
MDU-da yanvarın 5-dən imtahan sessiyasına start verildiyini qeyd edən rektor ilk həftə ərzində imtahanların nəticələrindən və mütəşəkkilliyindən məmnunluğunu ifadə edib.
Ş.Bayramov imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və xüsusi karantin rejiminin mövcud tələblərinə uyğun keçirilməsi üçün zəruri olan bütün tədbirlərin görüldüyünü vurğulayıb.
İmtahanların fevralın 1-dək əyani formada şifahi şəkildə davam edəcəyini bildirən rektor tələbə və magistrantlara müvəffəqiyyətlər arzulayıb.
Sonra görüş iştirakçılarının sual və təkliflərinə münasibət bildirilib.
Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günlərinin cari ilin 1 fevral tarixinədək hər həftə təşkil olunması nəzərdə tutulub.
|
|
12.01.2023 | 11:09 | |
|
|
|