BDU-da 243 tələbə payız semestri üzrə təhsil krediti alıb | |
Bakı Dövlət Universitetinin (BDU) 243 tələbəsi 2022/2023-cü tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib.
Universitetdən bildirilib ki, onlardan 73-ü sosial, 170-si isə standart təhsil kreditidir.
2021/2022-ci tədris ilində isə ümumilikdə 390 tələbəyə tələbə krediti verilib. Onlardan 133-ü sosial, 257-si isə standart təhsil krediti olub.
2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.
|
|
11.01.2023 | 16:20 | |
|
|
|