Mingəçevir Dövlət Universitetində 1871 tələbə ümumilikdə 99 imtahanda iştirak edib

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

 

Univertsitetdən bildirilib ki, ilk imtahan həftəsində bakalavriat səviyyəsində 99 qrup üzrə 1871 tələbə ümumilikdə 99 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,2% olub. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.

 

Magistratura səviyyəsində 12 qrup üzrə ümumilikdə 12 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 98,8% olub.

 

MDU-nun rektoru Şahin Bayramov imtahanların gedişatını izləyib, tələbələrin və müəllimlərin imtahan prosesi ilə bağlı rəy və təkliflərini dinləyib.

 

Qeyd edək ki, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftə rektorun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

 

Universitetdə imtahan sessiyası cari ilin 1 fevral tarixinədək davam edəcək.

 



09.01.2023 | 17:45