Magistrantların qış imtahan sessiyasına start verilib | |
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda təhsil alan I kurs magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyası başlayıb. İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, hazırda I kursda "Üzvi kimya" ixtisası üzrə 3 nəfər, II kursda “Neft kimyası” ixtisası üzrə 1 magistr təhsil alır. I kurs magistrantlar ixtisasa aid 6 fəndən imtahan verir. İlk imtahan "Dərman maddələrinin kimyası" fənni üzrə keçirilib. 5 sualı yazılı formada cavablandıran magistrantların biliyi yüksək qiymətləndirilib.
Qış imtahan sessiyası yanvar ayının 31-dək davam edəcək.
|
|
09.01.2023 | 14:16 | |
|
|
|