“İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edilib | |
Bakı Dövlət Universiteti (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib.
Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
Universitetdən bildirilib ki, qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, BDU-nun döş nişanı, diplom və pul mükafatları ilə təltif edilirlər:
Müsabiqəyə təqdim olunan iddia sənədləri bir neçə meyar üzrə qiymətləndiriləcək.
1.1. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunan məqalələrin qiymətləndirilməsi:
- Q1 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 50 bal; - Q2 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 40 bal; - Q3 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 30 bal; - Q4 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 20 bal;
1.2. digər jurnallarda – məqalə sayından asılı olmayaraq ümumilikdə 20 bal;
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2023-cü il 05 yanvar tarixindən başlayaraq, elektron formada və ya kağız şəklində qəbul olunur. Materialların qəbulu üçün son tarix 25 yanvar saat 17:00-dır.
|
|
05.01.2023 | 16:09 | |
|
|
|