BDU-da “Code For Future” layihəsinin məzun günü keçirilib | |
Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin “Code For Future” layihəsinin məzun günü keçirilib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə gənclərin hərtərəfli inkişafına xüsusi önəm verildiyini vurğulayıb, “Code For Future” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir texnologiyaların və insan düşüncəsinin sürətlə dəyişdiyini bildirərək gələcəyin çağırışlarına uyğun fundamental bilik və bacarıqlara malik mütəxəssislər yetişdirməyin zamanın tələbi olduğunu qeyd edib. "Rəqəmsal bacarıqlar" layihəsi barədə danışan Emin Əmrullayev hazırda layihə çərçivəsində ümumtəhsil məktəblərində 300 min şagirdin proqramlaşdırma öyrəndiyini deyib.
Tədbirdə “Code For Future” layihəsindən məzun olan BDU və AzTU tələbələri buraxılış işlərini təqdim ediblər. Daha sonra tələbələrin təhsil həyatını əks etdirən video nümayiş etdirilib. Sonda isə tələbələrə sertifikatlar təqdim olunub.
|
|
28.12.2022 | 11:28 | |
|
|
|