Təhsil tələbə kreditlərinin əhatə dairəsi genişlənir | |
Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda əlavə və dəyişikliklər edilib.
Qərara əsasən aşağıda qeyd edilmiş daha iki sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyadan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti ala biləcəklər:
Qeyd edilən dəyişikliyə qədər mövcud qanunvericiliyə əsasən sosial təhsil tələbə kreditlərinin əhatə dairəsi aşağıdakı kimi idi:
Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; İşsiz kimi qeydiyyatda olanlar; Yaşa görə əmək pensiyası alanlar; Yaşa görə sosial müavinət alanlar.
Qeyd edək ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
|
|
22.12.2022 | 12:04 | |
|
|
|